Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 19-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 19-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9261 manat/1EUR səviyyəsində (yanvarın 18-nə 1,9383 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 19-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0221 manat/1RUB səviyyəsində müəyyən edib (yanvarın 18-nə - 0,0223 manat/1RUB ). **
X.Nəsirzadə