Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Moskva və Kiyev şəhərlərində keçiriləcək beynəlxalq turizm sərgilərində iştirak məqsədilə çar təhvili üsulu ilə sərgi stendlərinin quraşdırılması işləri üçün şirkətlər seçir.
Moskvada beynəlxalq turizm sərgisi 15-17 mart, Kiyevdə - 23-25 mart tarixlərində keçiriləcək.
Şirkətlərin seçimi təkliflər sorğusu üsulu ilə keçirilir. Sorğuda iştirak etməkdə maraqlı olan şirkətlər 4 fevral saat 18:00-dək sənədlərini təqdim etməlidir. Təkliflər 7 fevral saat 12:00-da Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbədə açılacaq. Əlaqələndirici şəxs – Mehman Bayramovdur. **
X.Nəsirzadə