Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Teymur Musayevin Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət baçısının saytında dərc olunub.
Dövlət başçısının digər sərəmcamı ilə Teymur Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini və eyni zamanda səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən vəzifələrindən azad edilir.
23 aprel 2021-ci il tarixində Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini və eyni zamanda səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən vəzifələrinə təyin olunub. **
E.Şəfiyev