2021-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8% artaraq 3,8 mlrd. manatı keçib
Azərbaycanda 2021-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 2020-ci illə müqayisədə 8% artaraq 3,8 milyard manatı ötüb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Azərbaycanda 2021-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8% artaraq 3,8 milyard manatı keçib və proqnoz 109,9% səviyyəsində icra olunub», - Cabbarov Fecebook səhifəsində yazıb.
O cümlədən, nazir qeyd edib ki, qeyri-büdcə təşkilatlarından məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 15,3% artaraq 2,4 milyard manat təşkil edib. Proqnoz 113,2% yerinə yetirilib. **
B.Rüstəmbəyov