Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü İradə Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı olan Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni təyinatla əlaqədar Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Hər üç sərəncam Azərbaycan prezidentinin saytında dərc olunub. **
E.Şəfiyev