Dövlət Gömrük Komitəsi (DGK) 2021-ci ildə dövlət büdcəsinə 4 milyard 342 milyon 967,8 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 3 milyard 938 milyon 242,2 min manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinə köçürmələr 10,3% artıb.
2021-ci ildə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 930 milyon 721,9 min manat (artım 6,9%), aksizlər üzrə 163 milyon 115,6 min manat (artım 13,7%), yol vergisi üzrə 43 milyon 622,7 min manat (artım 19%) təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 1 milyard 205 milyon 507,6 min manat (artım 18,6%) məbləğində olub.
2021-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3,9 milyard manat təşkil edib. **
B.Rüstəmbəyov