Azərbaycanda koronavirus infeksiyasına 1 min 151 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 628 min 166-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 930 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər (ötən gün 12 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 550 nəfərə çatıb.
Virusa yoluxmuş 610 min 23 nəfər (sutka ərzində +543) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 9 min 593 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 344 (ötən gün 8 min 566 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 28 min 671 test aparılıb.**
X.Nəsirzadə