Ermənistan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində təkliflərini Rusiya və Azərbaycana təqdim edib, müvafiq reaksiyalar gözləyirik. Bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan bəyan edib.
“Ermənistanla Azərbaycan arasında sərhəddə vəziyyətin gərginliyinin azalması məqsədilə Ermənistan tərəfi təkliflər paketi hazırlayaraq Rusiya və bu ölkənin vasitəçiliyi ilə Azərbaycana və digər tərəfdaşlara təqdim edib,indi isə reaksiyalar gözləyirik”, - Mirzoyan bu gün Ermənistan parlamentində “hökumət saatı” çərçivəsində bildirib.
O qeyd edib ki, təkliflərin detallarını açıqlamağın mənası yoxdur, lakin “onlar Ermənistan hökumətinin Ermənistan və Azərbaycan qoşunlarının qarşılıqlı geri çəkilməsi və əlavə təhlükəsizlik mexanizmlərinin yaradılması məntiqi prinsipinə uyğundur”. **