SOCAR 2021-ci ildə 7 milyon 892,079 min ton neft hasil edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 2020-ci ildə şirkət tərəfindən 7 milyon 407,206 min ton neft hasil edilib. Beləliklə, 2021-ci ildə neft hasilatı 6,5% artıb.
SOCAR tərəfindən qaz hasilatı 7 milyard 857,594 milyon kubmetr (artım 7%) təşkil edib.
Bununla yanaşı, 2021-ci ilin IV rübündə şirkət tərəfindən 2 milyon 326,411 min ton neft və 1 milyard 983,82 milyon kubmetr qaz hasil edilib.
SOCAR 2020-ci ildə 7 milyon 407,206 min ton neft (2019-cu illə müqayisədə azalma 3,6%) və 7 milyard 344,012 milyon kubmetr qaz (artım 7,7%) hasil edib. **
B.Rüstəmbəyov