2021-ci ildə dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmalar 16,2 milyon manatı ötüb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında deyilir.
“Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ildə dövlət büdcəsinə ümumilikdə 16,2 milyon manatdan artıq vəsait ödənilib. 2020-ci illə müqayisədə dövlət büdcəsinə 57,4% çox vəsait ödənilib. İllik proqnoz 147,4%yerinə yetirilib”, - Xidmətdən qeyd olunub.
2021-ci il ərzində ümumilikdə 1845 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 841-i qeyri-yaşayış sahələri üzrə, 1004-ü isə torpaq sahələrinə dair olub.
“Bununla yanaşı, ötən il 497 icarə müqaviləsinin müddəti uzadılıb, 176 icarə müqaviləsi ləğv edilib. 2020-ci illə müqayisədə 2021-ci il ərzində 1430 və ya 4,4 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov