Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
T.Klaar Twitter hesabında fransalı həmkarları ilə birlikdə regiona səfər etməyi planlaşdırması ilə bağlı paylaşım edib.
“Brüssel görüşündən sonra Aİ-Fransa birgə səfəri çərçivəsində regiona qayıtmaq xoşdur. Yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə substantiv görüşlər keçirməyi səbirsizliklə gözləyirik”, - deyə o yazıb.*