Azərbaycanda koronavirus infeksiyasına 1186 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 629,352 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1151 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər (ötən gün 9 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8564 nəfərə çatıb.
Virusa yoluxmuş 610,605 min nəfər (sutka ərzində +582) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 10 min 183 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9116 (ötən gün 9344 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 37,787 min test aparılıb.*
X.Nəsirzadə