Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 21-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 21-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9252 manat/1EUR səviyyəsində (yanvarın 19-na 1,9261 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 21-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0221 manat/1RUB səviyyəsində saxlayıb. **
B.Rüstəmbəyov