Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilir.
“Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, münasibətlərin perspektivləri müzakirə olunub, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd olunub. Nazirlər cari ildə ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.
Nazirlər, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər. **
X.Nəsirzadə