Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilir.
“Bayramov OPEC+ formatında uğurlu əməkdaşlığımızdan danışaraq, Azərbaycanın bu formatda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd etdi. O, Barkindonun rəhbərliyi altında OPEC+ formatında uğurlu addımların atıldığını və bunun nəticəsində dünya neft qiymətlərinin sabitləşdiyini bildirdi”, - məlumatda qeyd olunur.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər. **
E.Şəfiyev