Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Hacıqabul şəhəri, Ə.Vahid küçəsi 47 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sakinləri üçün yaşayış binasının tikintisinə "AZƏRİ BİZNES"MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, yeni bina Hacıqabul-Şirvan yolunun qərbində inşa olunacaq.
"AZƏRİ BİZNES"MMC ilə 1 milyon 588 min 339.89 manat məbləğində müqavilə imzalanıb. **
E.Şəfiyev