RF Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, sonradan demarkasiyası üzrə ikitərəfli Komissiyanın tezliklə formalaşdırılaraq fəaliyyətə başlamasını zəruri hesab edir.
“Azərbaycanla Ermənistan arasında sərhəddə vəziyyətin tənzimlənməsi ilə bağlı ardıcıllıqla səy göstəririk. Əfsuslar olsun ki, sərhəddə bəzən silahların tətbiqi ilə insidentlər baş verir, insan tələfatı var. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, sonradan demarkasiyası üzrə ikitərəfli Komissiyanın tezliklə formalaşdırılaraq fəaliyyətə başlaması zəruridir. Bu prosesdə Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq”, - RF XİN qeyd edir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, nazirlikdən bildirilir ki, RF saxlanılan şəxslərin mübadiləsi prosesində fəal iştirak edir. “2 dükabr 2020-ci ildən etibarən Rusiya sülhməramlılarının vasitəçiliy ilə ümumilikdə 146 saxlanılan şəxs qaytarılıb: Ermənistan tərəfinə 127 nəfər, Azərbaycan tərəfinə - 19 nəfər”, - XİN qeyd edir.
Bumndan əlavə nazirlik 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin bəyanatlarında qeyd olunmuş üçtərıfli razılıqların tam icrasını zəruri hesab edir. “Bu günə olan prioritet vəzifələr - Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanılması, o cümlədən regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasıdır. Bu istiqamətlərdə irəliləyişin nail olunması Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması işində mühüm dərəcədə irəliləməyə imkan yaradacaq”, - RF XİN-dən vurğulanır. **
N.Abbasova