2021-ci ildə Azərbaycana 791,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib, bu da 2020-ci ilin göstəricisindən 0,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
“2021-ci ildə Azərbaycana dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Onların əksəriyyəti – 12,3%-ni ölkəyə dekabr ayında səfər edib. Gələnlərin82 %-ni kişilər, 18%-ni qadınlar təşkil edib”, - Xidmətdən qeyd ediblər.
Bildirilib ki, 2021-ci ildə Azərbaycana daha çox qonşu ölkələrin – RF, Türkiyə və İran vətəndaşları səfər ediblər.
“2021-ci ildə ölkəmizə gələnlərin 32,6%-i Rusiya, 25%-i Türkiyə, 15,8%-i İran, 7,9%-i Gürcüstan, hər birindən 2,2% olmaqla Ukrayna və BƏƏ, 1,2%-i Böyük Britaniya, 1,1%-i Səudiyyə Ərəbistanı, 0,9%-i Qazaxıstan, 0,8%-i İsrail, hər birindən 0,7% olmaqla Almaniya, Belarus və Hindistan, 0,6%-i ABŞ, 0,5%-i Özbəkistan, hər birindən 0,4% olmaqla İtaliya və Pakistan, 0,3%-i Türkmənistan, 6%-i digər ölkələrin vətəndaşları olub”, - DSX-dən qeyd ediblər.
Həmçinin, 2021-ci ildə Azərbaycana səfər edən RF vətəndaşlarının sayı 14,7%, Türkiyədən - 23,3%, İrandan - 72,2% artıb, baxmayaraq ki, Gürcüstandan gələnlərin sayı 66%, Qazaxıstandan - 18,5% azalıb.
Eyni zamanda, Xidmət qeyd edir ki, ötən il 2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8% artaraq 35,4 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 43,7% artaraq 159 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9% artaraq 297,7 min nəfər olub.
DSX-dən məlumat verilib ki, 2021-ci ildə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 49,8%-i dəmir yolu və avtomobil, 48%-i hava, 2,2%-i isə dəniz nəqliyyatından istifadə edib.
Eyni zamanda, Xİdmətin məlumatına görə, 2021-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2020-ci illə müqayisədə 16,3% azalıb.
“2021-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2020-ci illə müqayisədə 16,3% azalaraq 974,5 min nəfər təşkil edib. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6%, Gürcüstana gedənlərin sayı 75,3% azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8% artıb. Ölkə vətəndaşlarının 47,3%-i Türkiyəyə, 24,3%-i Rusiyaya, 7,8%-i Gürcüstana, 6,8%-i İrana, 13,8%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,3%-ni kişilər, 33,7%-ni qadınlar təşkil edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, 2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8%-i hava, 28%-i dəmir yolu və avtomobil, 3,2%-i isə dəniz nəqliyyatından istifadə edib. **
E.Şəfiyev