15-17 fevral 2022-ci il tarixində Rusiyanın Leninqrad vilayətinin sahibkarları Azərbaycana biznes missiya ilə səfər edəcəklər.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə RF-nin Azərbaycandakı Ticarət Nümayəndəliyinin vilayətin Sənaye İnkişaf Mərkəzi və İxraca Dəsətək Mərkəzi ilə birgə Leninqrad vilayətinin biznes nümayəndələri ilə təşkil etdiyi videokonfrans zamanı bəyan edilib.
“Fevralın 15-dən 17-dək Leninqrad vilayətinin Bakıya planlaşdırılan biznes missiyası regionun sahibkarlarının ixrac planlarının reallaşdırılmasına yardım edəcək. Biznes missiyalarda iştirak və malların və ixtisaslaşdırılmış sərgilərdə şirkətlərin imkanlarının nümayişi Rusiya məhsullarının Azəraycan bazarına çıxarılmasının səmərəli aələtlərindən biridir”, - RF-nin Azərbaycandakı Ticarət Nümayəndəliyinin məlumatında qeyd olunur.
Görüşdə qeyd olunub ki, Leninqrad vilayətinin müəssisələrinin təklif edə biləcəkləri Azərbaycanda tələb olunan mallar kağız və karton, ərzaq malları, yük vaqonları və dəmir yolu üçün avadanlıq, gübrələr və bitkilərin müdafiəsi vasitələri, taxta-şalban və tikinti materialları, kimya məhsullarıdır.
2020-ci ilin yekunları üzrə Leninqrads vilayətinin müəssisələrinin Azərbaycana ixracı $15,5 milyon təşkil edib, 2021-ci ilin 9 ayı ərzində $12,2 milyonu ötüb. **
X.Nəsirzadə