Azərbaycan hökuməti iki həftə ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının ilkin layihəsini hazırlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilib.
“Yanvarın 18-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırıldı. Bu məqsədlə müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və artıq ilk iclası keçirilib. İşçi qrupun iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini hökumətə təqdim edəcək”, - hökumətdən məlumat verilib.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 2020-ci ildə 2,8%-ə qarşı 6,7% təşkil edib. 2021-ci ildə illik inflyasiya 12% təşkil edib. Hökumət inflyasiya templərinin sürətlənməsini idxal olunan malların, ilk növbədə ərzaq mallarının qiymətlərinin artımı ilə əlaqələndirir. 2022-ci ilin yanvar ayında da qiymətlərdə artım müşahidə olunub. Xüsusilə, 2022-ci ilin əvvəlindən dünyada un və buğdanın qiyməti bahalaşması səbəbindən çörəyin qiymətiə artıb. Bundan əlavə, Azərbaycan hökuməti antiinflyasiya tədbirləri çərçivəsində süni qiymət artımı ilə mübarizəni gücləndirməyi planlaşdırır.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə orta illik inflyasiyanın 4%-dək azalacağını proqnozlaşdırır. **
X.Nəsirzadə