Azərbaycanda koronavirus infeksiyasına 1 068 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 630,42 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 186 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər (ötən gün 14 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 581 nəfərə çatıb.
Virusa yoluxmuş 611,156 min nəfər (sutka ərzində +551) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 10 min 683 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 795 (ötən gün 9 116 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 45,582 min test aparılıb.**
E.Şəfiyev