“S&P Global Ratings”beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini BB+/B səviyyəsində təsdiq edib.
Agentliyin məlumatında deyilir ki, reytinqlər üzrə proqnoz "sabit"dir.
“Hesab edirik ki, Azərbaycanın büdcə və xarici fiskal mövqeləri “BB” kateqoriyasında qiymətləndirdiyimiz suveren dövlətlər arasında ən güclü olaraq qalmaqdadır. 2025-ci ilədək ÜDM-in təxminən 70%-i səviyyəsində proqnozlaşdırılan əhəmiyyətli likvid dövlət aktivləri hökumətin sərəncamındadır”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, agentliyin məlumatında deyilir.
Agentliyin qiymətləndirmələrinə görə, ortamüddətli perspektivdə Azərbaycanın dövlət borcu ÜDM-in 30%-dən aşağı olacaq.
“Hazırda neftin əlverişli qiyməti həmçinin Azərbaycanın maliyyə vəziyyəti və tədiyə balansını dəstəkləyir. Biz 2021-ci ildə 5,6% səviyyəsində güclü bərpadan sonra 2022-ci ildə Azərbaycan iqtisadiyyatının 2,7% səviyyəsində artım proqnozlaşdırırıq”, - agentlik vurğulayır.
Eyni zamanda, agentlik qeyd edir ki, Azərbaycanın reytinqləri “əvvəlki kimi, zəif institusional səmərəlilik, ölkənin məhdud və toplanmış iqtisadi bazası və pul-kredit siyasətinin məhdud çevikliyi ilə saxlanılır”. **
A.Əzizov