Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon söhbəti zamanı Qarabağ üzrə razııqların icrası, həmçinin KTMT çərçivəsində qarşılıqlı əlaqələrin perspektivlərini müzakirə ediblər. Bu barədə şənbə günü Kremlin mətbuat xidməti məlumat verib.
“Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında təsbit olunan razılıqların icrasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə əlaqədar məsələlər nəzərdən keçirilib”, - məlumatda deyilir.
Bildirilir ki, “ATƏT-in Minsk qrupunun həmsədrlərinin xətti ilə işin davam etdirilməsinin məqsəduyğunluğu qeyd olunub”. **