"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2022-2025-ci illər üçün manatın dollara nisbətən orta məzənnəsini 1.7AZN/$1 səviyysində proqnozlaşdırır.
“Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq, valyuta bazarında hökumətin mütəmadi müdaxilələri buna imkan yaradır”, - “İnterfaks-Azərbaycan” məlumat verir ki, agentlik bu barədə qeyd edir.
“Fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı səviyyədə qalarsa, rəsmi orqanlar məzənnənin tənzimlənməsinə icazə verə bilərlər. Bu, 2015-ci ildə olduğu kimi, xarici valyuta ehtiyatlarının əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - agentlik vurğulayır.
Eyni zamanda, S&P-nin proqnozlarına əsasən, 2022-ci ildə Brent markalı bir barel neftin qiyməti $75, 2023-cü ildə - $65, 2024-2025-ci illərdə - $55 (2021-ci ildə - $71) təşkil edəcək. **
A.Əzizov