S&P Global Ratings beynəlxalq reytinq agentliyinin analitikləri hesab edirlər ki Azərbaycanla Türkiyə arasında valyuta svopu çərçivəsində əməliyyat Azərbaycan Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin azalmasına gətirməyəcək.
Yanvarın 20-də «Middle East Eye» nəşri Türkiyənin iki məmuruna istinadən məlumat verib ki, Azərbaycan valyuta svopu çərçivəsində Türkiyəyə 1 milyard avro təqdim edəcək. “Yaxın zamanda Azərbaycan və Türkiyə arasında 1 milyard avro dəyərində svop müqavilə imzalanacaq. Müqavilə demək olar ki, hazırdır, bürokratik məqamlar zaman tələb edir”, - nəşr məlumat verir.
“Bizə məlumdur ki, AMB ilə Türkiyə Mərkəzi Bankı arasında valyuta ehtiyatlarının artırılması ilə əlaqədar TMB-yə svop xəttinin təqdim edilməsi planına dair danışıqlar aparılır. Konkret detallar hələlik olmasa belə, biz mümkün müqaviləni əhəmiyyətli dərəcədə siyasi cəhətdən əsaslandırılmış kimi nəzərdən keçiririk və bunun AMB-nin ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına gətirəcəyini gözləmirik”, - “İnterfaks-Azərbaycan” agentliyi S&P-nin analitiklərinə istinadən məlumat verir.
2022-ci ilin əvvəlinə AMB-nin valyuta ehtiyatları təxminən $7,1 milyard təşkil edir. **
A.Əzizov