S&P Global Ratings beynəlxalq reytinq agentliyi 2022-2025-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artımını 1,7%-ə yaxın səviyyədə proqnozlaşdırır.
Agentliyin saytında dərc olunan proqnozlarda bildirilir ki, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,7%, 2023-2024-cü illərdə - 1.5%, 2025-ci ildə - 1% təşkil edəcək.
Agentlik 2022ci il üçün Azərbyacanda nominal ÜDM-in $61 milyard, 2023-cü ildə - $60 milyard, 2024-cü ildə - $58 milyard, 2025-ci ildə - $61 milyard səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6% təşkil edib.
“Ümumilikdə, 2021-ci ildə iqtisadiyyatın 5,6% bərpasından sonra biz 2022-ci ildə iqtisadi artımı 2,7% səviyyəsində proqnozlaşdırırıq, bu da əsasən qaz hasilatında artım, qeyri-neft sektorunda artım ilə əlaqədardr, hansı ki, 2021-ci ildə 7,2% artıb. Bundan əlavə, 2023-2025-ci illərdə ölkənin ÜDM-in artımını 1%-dən bir qədər çox olacağını gözləyirik, çünki qaz hasilatında artım neft sektorunda tədricən azalması yalnız qismən kompensasiya edir”, - “İnterfaks-Azərbaycan” agentliyə istinadən məlumat verir.
S&P 2022-ci ildə Azərbaycanda inflyasiyanı 6,5% səviyyəsində gözləyir (2021-ci ildə - 6,7%), 2023-cü ildə inflyasiya 4,5%-dək, 2024-2025-ci illərdə - 3%-dək azalacaq.
Agentliyin qiymətləndirmələrinə görə, 2022-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitiÜDM-in 10,8%-ni (2021-ci ildə - ÜDM-in 10,1%), 2023-cü ildə - ÜDM-in 4,5%-ni, 2024-cü ildə - ÜDM-in 0,2%-ni, 2025-ci ildə - ÜDM-in 0,5% səviyyəsində kəsir təşkil edəcək.
Eyni zamanda, S&P-nin proqnozlarına görə, 2022-ci ildə Brent markalı neftin bir bareli $75 за баррель, 2023-cü ildə - $65, 2024-2025-ci illərdə - $55 (2021-ci ildə - $71) təşkil edəcək.
2022-ci ildə Azərbaycanın xarici ticarətində profisit ÜDM-in 17,4%-i səviyyəsində (2021-ci ildə - ÜDM-in 16,9%-i), 2023-cü ildə - ÜDM-in 12,3%-i səviyyəsində, 2024-cü ildə - ÜDM-in 6,8%-i səviyyəsində, 2025-ci ildə - ÜDM-in 6,3%-i səviyyəsində proqnozlaşdırılır.
Agentliyin proqnozlarına əsasən, Azərbaycanda ortamüddətli dövrdə işsizliyin səviyyəsi azalacaq. Xüsusilə, 2022-ci ildə işsizliyin səviyyəsi 5% (20231-ci ilin yekunları üzrə - 5,7%), -cü ildə - 4,9%, 2024-2025-ci illərdə - illik 4% təşkil edəcək.
S&P gözləyir ki, Qarabağda müharibəyə son qoyan, Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan atəşkəsə dair razılığa bütövlükdə riayət olunacaq.
Azərbaycan hökuməti 2022-ci il üşün ÜDM-in artımını 3,9% səviyyəsində proqnozlaşdırır. Ümumilikdə, hökumçətin qiymətləndirmələrinə əsasən, 2022-2025-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 4,2% təşkil edəcək.
2022-ci ildə Azərbaycan hökuməti orta illik inflyasiyanın 2021-ci ilin yekunları üzrə 6,7%-dən 4% dək azalmasını proqnozlaşdırır.
2021-ci ildə ÜDM-in artımı 5,6% təşkil edib. **
A.Əzizov