Azərbaycan Müdafiə Nazirliyi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçunun qeyri-döyüş şəraitində həlak olması barədə məlumat verir.
“Yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub”, - Müdafiə Nazirliyindən bildiriblər.
Nazirliyin məlumatına əsasən, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. **
R.Kərimov