Azərbaycanda koronavirus infeksiyasına 1 697 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 633 min 731-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 614 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər (ötən gün 16 nəfər) vəfat edib.
Ölənlərin ümumi sayı 8 610 nəfərə çatıb.
Virusa yoluxmuş 612 min 292 nəfər (sutka ərzində +526) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 12 min 829 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 851 (ötən gün 10 846 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 65 min 279 test aparılıb.**
R.Kərimov