2021-ci ildə Azərbaycanda 612 intihar və intihara cəhd hadisəsi qeydə alınıb. Bunu baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.
“Bu faktlarla bağlı 81 cinayət işi açılıb, 6 nəfər iş üzrə təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib, 5 nəfərin işi isə məhkəməyə göndərilib”, - deyə o bildirib.
2020-ci ildə Azərbaycanda 597 intihar hadisəsi qeydə alınıb. Beləliklə, 2021-ci ildə intihar və intihara cəhd hadisələrinin sayı 2,5% artıb.*
E.Şəfiyev