“VMedia” Youtube kanalı Ermənistan ictimaiyyətinə informasiya və maarifləndirmə dəstəyi çərçivəsində erməni təbliğatının və tarixşünaslığının əsas feyklərinin ifşa olunduğu kampaniyanı davam etdirir.
Hər bir video açıq mənbələrdə mövcud olan faktlara və iqtibaslara əsaslanır.
Kanalın növbəti filmi “Erməni HƏVARİ kilsəsi” adlı əfsanəyə həsr olunub.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, filmin müəllifləri vurğulayırlar ki, bu yaxınlaradək heç kim erməni kilsəsini “Həvari kilsəsi” adlandırmırdı, hətta erməni tarixçilər belə onu “Erməni-Qriqoryan” və ya sadəcə “Qriqoryan” kilsəsi adlandırırdılar. Bu səbəbdən yeni videoçarxın əsas məqsədi IV əsrdə əsası qoyulmuş erməni kilsəsinin necə “Həvari kilsəsi”nə çevrildiyini və bunun qətiyyən doğru olmadığını sübut etməkdir.
“Qarşımızda dünya ictimaiyyətini aldadan daha bir feyk var. Təəssüf ki, bu, inandırıcı bir yalandır, çünki hamı əmindir ki, “kilsənin rəsmi adında feyk ola bilməz!”, - deyə kanalın müəllifləri qeyd edirlər.*