İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 945 müraciət daxil olub. Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün mətbuat konfransında məlumat verib.
“Həmin müraciətlərdən 446-sı investisiya layihələrini,488-i isə digər iş və xidmət sahələrini əhatə edir”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, müraciətlərin 27%-i tikinti işlərini, 27%-i ticarət və xidmət sahələrini, 21%-i sənaye, 18%-i kənd təsərrüfatı, 7%-i isə turizm, səhiyyə, təhsil, nəqliyyat, mədəniyyət və logistika sahələrini əhatə edir.
O.Məmmədov qeyd edib ki, Vətən müharibəsi dövründə sahibkarlara dəymiş ziyanın qiymətləndirilməsi prosesinin təşkili KOBİA-ya həvalə edilib.
“Bütövlükdə, 294 sahibkarlıq subyektinə 4,7 milyon manat məbləğində kompensasiya ödənilib”, - deyə o vurğulayıb.*
B.Rüstəmbəyov