Yanvarın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Finlandiya Xarici İşlər Nazirliyi Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livalanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Müdafiə naziri azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib”, - deyə məlumatda bildirilir.
M.Livala Finlandiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
“Tərəflər regionda sülhün və sabitliyin gücləndirilməsi, eləcə də digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev