İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi bu gün birbaşa reyslə Füzuliyə gəlib. Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə məlumat verib.
“Qaseminin Azərbaycana səfəri Füzuli şəhərindən başlayır”, - deyə o, Twitter hesabında yazıb.
2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Beynəlxalq hava limanı qısa müddətdə - cəmi 8 ay ərzində inşa edilib.*
E.Şəfiyev