“AzFinance” İnvestisiya Şirkəti $1 milyon məbləğində istiqrazlar buraxmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
İstiqrazların tədavül müddəti 540 gündür.
Emissiya hər birinin nominal dəyəri $1 min olan 1000 ədəd istiqraza bölünüb.
İstiqrazlar üzrə gəlirlilik açıqlanmır.
“AzFinance İnvest” MMC 2014-cü ildə yaradılıb və həmin ilin aprel ayında diler və broker fəaliyyətinə lisenziya alıb. MMC 2015-ci ildə “AzFinance İnvestisiya Şirkəti” QSC-yə çevrilib. Şirkətin nizamnamə kapitalı 1,55 milyon manata bərabərdir.*
R.Əhmədov