Azərbaycan qanunsuz erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı hərbi cinayətlər törətməkdə təqsirli bilinən 297 üzvü barəsində beynəlxalq axtarış elan edib. Bunu baş prokuror Kamran Əliyev bu gün keçirilən kollegiya iclasında deyib.
“Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Hərbi Prokurorluqda istintaq edilən cinayət işi üzrə bu günə kimi 297 şəxs barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarışları elan edilib”, - deyə o bildirib.
Baş prokurorun sözlərinə görə, bu şəxslər azərbaycanlılara qarşı cinayətlər törətməkdə ittiham olunurlar.*
E.Şəfiyev