Azərbaycanda koronavirus infeksiyasına 757 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 634 min 488-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1697 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər (ötən gün 13 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8619 nəfərə çatıb.
Virusa yoluxmuş 612 min 594 nəfər (sutka ərzində +302) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 13 min 275 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5145 (ötən gün 8851 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 70 min 424 test aparılıb.*
N.Abbasova