Ermənistan Azərbaycanla sərhəddə təhlükəsizlik və sabitlik səviyyəsinin yüksəldilməsi ilə bağlı Azərbaycana və Rusiyaya təkliflər təqdim edib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz Rusiyaya və Azərbaycana təkliflər vermişik. Söhbət Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitlik səviyyəsinin yüksəldilməsindən, sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın formalaşdırılmasından gedir”, - deyə Paşinyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müzakirələr davam edir.
“Biz detalları açıqlamaqla prosesi pozmaq istəmirik. Hesab edirik ki, delimitasiya və demarkasiya üzrə komissiya mümkün qədər tez formalaşdırılmalıdır”, - deyə Paşinyan qeyd edib.*