Ermənistan Azərbaycanla sülh sazişinin formalaşdırılması ilə bağlı danışıqlara hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan Azərbaycanla sülh sazişi imzalamağın əleyhinə deyil, lakin bu saziş tərtib edilməli, formalaşdırılmalıdır. Bu, danışıqların mövzusudur. Ermənistan danışıqlara hazırdır”, - deyə o, mətbuat konfransında bildirib.*