Beynəlxalq donorlar və şirkətlər Ermənistan ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun tikintisi layihəsinə maraq göstərirlər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Beynəlxalq donorlar və şirkətlər Arazdəyən-Ordubad-Mehri-Horadiz dəmir yolunun, ən azından Ermənistan ərazisindən keçən hissənin tikintisi layihəsinə maraq göstərirlər”, - deyə Paşinyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan ərazisində dəmir yolunun tikintisi layihəsinin dəyəri təxminən $226 milyon təşkil edəcək. “Beynəlxalq donorlar böyük maraq göstərirlər, yola investisiya yatırmağa və istismar etməyə hazır olan Avropa şirkətləri də var. Odur ki, bu məsələ ilə bağlı maliyyə problemlərimiz olmayacaq”, - deyə Paşinyan qeyd edib.*