Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 25-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 25-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,923 manat/1EUR səviyyəsində (yanvarın 24-nə 1,9256 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 25-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0216 manat/1RUB səviyyəsində (yanvarın 24-nə 0,022 manat/1RUB) müəyyən edib.**
X.Nəsirzadə