2021-ci ilin yanvar-oktyabr ayları ərzində Moskvadan Azərbaycana kosmetik məhsulların idxalı $21 milyona yaxın təşkil edib. Bu barədə Moskvaşəhərinnmerininiqtisadi siyasət və mülk-torpaq münasibətləri üzrəmüavini Vladimir Yefimovbəyan edib.
“2021-ci ilin yanvar-oktyabr aylarının yekunları üzrə paytaxt istehsalçıları $357 milyon dəyərində kosmetik məhsul idxal ediblər, bu da 2020-ci ilin 10 ayının göstəricisindən 27,7% çoxdur”, - Yefimov “İnterfaks-Azərbaycan”a bildirib.
Azərbaycan Moskvadan kosmetika ixalçı-ölkələrin TOP-5-ə daxildir. Daha çox Belarusa kosmetika aparırlar - $86,4 milyonluq. Qazaxıstan $82,6 milyonluq, Özbəkistan — $30,7 milyonluq, Azərbaycan — təxminən $21 milyonluq, Gürcüstan — $15,3 milyonluq mal alıb.
Moskvanın kosmetika ixracının 66,1%-i bu beş ölkənin payına düşür. **
R.Əhmədov