2021-ci ildə “Expressbank” aktivlərini 12,1% - 351,368 milyon manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il dekabrın 31-nə bankın kredit portfeli 261,439 milyon manata (artım 24,6%), xüsusilə istehlak kreditləri 137,987 milyon manata (artım 21,2%), biznes kreditləri 89,515 milyon manata (artım 36,7%) bərabərdir.
“Expressbank”ın öhdəlikləri 227,514 milyon manat (artım 18,3%) təşkil edir. 2022-ci ilin əvvəlinə bankın depozit portfeli 156,083 milyon manat (artım 31,5%), həmçinin əhalinin əmanətləri 118,866 milyon manat (artım 27,1%) məbləğində olub.
Bankın kapitalı 123,854 milyon manat (artım 2,3%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
2021-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 7,701 milyon manat (2020-ci ilin analoji dövrü ilə müqayisədə artım 12,8% - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb. Bankın səhmdarları 5 hüquqi və fərdi şəxsdir.**
X.Nəsirzadə