2021-ci ildə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90%-ə yaxınlaşıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Həmçinin, nazir Faebook hesabında qeyd edib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi və bununla bağlı keyfiyyət göstəricilərində müsbət tendensiya davam edir.
“2021-ci il ərzində səyyar vergi yoxlamalarının sayı 2018-ci illə müqayisədə 4,5 dəfə azalıb. Buna baxmayaraq, bir səyyar vergi yoxlamasına düşən hesablanmış vergi məbləği 4 dəfə artıb", - Cabbarov vurğulayıb. **
B.Rüstəmbəyov