“TuranBank” 2021-ci ildə aktivlərini 29,6% - 714,961 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il dekabrın 31-nə bankın kredit portfeli 436,445 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 24,3% - İF) bərabər olub. Həmçinin, biznes kreditlər üzrə portfel 264,817 milyon manat (artım 10,2%), istehlak kreditləri üzrə - 92,514 milyon manat (artım 88,8%) həcmində qiymətləndirilir.
“TuranBank”ın öhdəlikləri 627,893 milyon manat (artım 33,2%) təşkil edib.
Bankın depozit portfeli 417,452 milyon manat (artım 49%), həmçinin fiziki şəxslərin əmanətləri – 257,631 milyon manat (artım 20,4%) təşkil edib.
Dekabrın sonuna “TuranBank”ın kapitalı 87,068 milyon manata (artım 8,2%), nizamnamə kapitalı 80,005 milyon manata (artım 6,7%) bərabərdir.
По итогам 2021 года чистая прибыль банка составила 668 тыс. манатов, что на 2,3% меньше показателя 2020 года.
2021-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 668 min manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 2,3% azdır.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 hüquqi və fiziki şəxsdir.**
X.Nəsirzadə