“AFB Bank” 2021-ci ildə aktivlərini 3,3% - 272 milyon 237,83 min manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Dekabrın 31-nə bankın kredit portfeli 142 milyon 787,18 min manata (2020-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə azalma 21,7% - İF), xüsusilə istehlak kreditləri 16 milyon 393,34 min manata (azalma 41%), əmlak kreditləri 43 milyon 23,09 min manata (artım 4,8%) bərabərdir.
Bankın öhdəlikləri 191 milyon 55,99 min manat (azalma 6,5%) təşkil edir. Bankda depozitlər 117 milyon 272,06 min manat (artım 6,1%), fiziki şəxslərin əmanətləri 26 milyon 323,48 min manat (azalma 29,2%) məbləğindədir.
Hesabat dövrünün sonuna “AFB Bank”ın kapitalı 81 milyon 181,84 min manat (artım 5,3%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edib.
2021-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 9,303 milyon manat (artım 72,6%) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
X.Nəsirzadə