Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ilə Belarus Respublikasının baş naziri Roman Qolovçenko ikitərəfli əməkdaşlığının inkişafı perspektivlərini müzakirə ediblər.
“Çərşənbə axşamı Azərbaycan Respublikasının bnaziri Əli Əsədov ilə Belarus Respublikasının baş naziri Roman Qolovçenko arasında telefon danışığı olub. Danışıq zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub”, - Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verir. **
B.Rüstəmbəyov