“Azər-Türk Bank” 2021-ci ildə aktivlərini 13,4% - 407,328 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il dekabrın 31-nə bankın kredit portfeli 233,592 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 39,6% - İF) təşkil edib. Eyni zamanda, hesabat dövrünün sonuna istehlak kreditləri üzrə portfel 77,672 milyon manat (artım 83,9%), biznes kreditləri üzrə portfel 45,939 milyon manat (artım 18,3%), əmlak ilə əməliyyatlar üzrə kreditlər 109,984 milyon manat (artım 27,4%) səviyyəsində qiymətləndirilir.
Bankın öhdəlikləri 350,348 milyon manata bərabərdir (artım 15,5%). 2021-ci ilin sonuna depozit portfeli 207,486 milyon manat (artım 15,3%), o cümlədən fiziki şəxslərin əmanətləri 94,082 milyon manat (artım 16,4%) təşkil edir.
“Azər-Türk Bank”ın kapitalı 56,98 milyon manata (artım 1,9%), nizamnamə kapitalı 50 milyon manata (dəyişməyib) bərabərdir.
2021-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 546 min manat təşkil edib (artım 29%).
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.**
X.Nəsirzadə