Azərbaycan Mərkəzi Bankı 2021-ci ildə ölkədə nağdsız ödənişlərin 2020-ci ilin göstəricisi ilə müqayisədə 83% - 11 milyard 172 milyon manatadək artmını qeyd edir.
“İnterfaks-Azərbaycan” agentliyi AMB-yə istinadən məlumat verir ki, 2021-ci ildə elektron ticarətin həcmi 7 milyard 208 milyon manat (artım 86%) və ya bütün nağdsız ödənişlərin 64,5%-ni təşkil edib. Bundan əlavə, 3 milyard 927 milyon manat məbləğində ödənişlər pos-terminallar vasitəsilə (artım 80,8%), 37 milyon manatlıq ödənişlər – bankomatlar vasitəsilə həyata keçirilib.
Bankın məlumatına görə, 2021-ci ildə dövriyyədə olan ödəniş kartların sayı artıb. Xüsusilə, bir il ərzində onların sayı 19,6% - 11 milyon 40 minədək artıb. Həmçinin, dövriyyədə olan debet kartların sayı 19%, kredit kartların sayı – 28% artıb.
2021-ci il ərzində Azərbaycanda əməkhaqqı kartlarının sayı 90 min ədəd – 2,591 milyonadək, kredit kartların sayı – 302 min ədəd – 1,395 milyon ədədə qədər artıb.
O cümlədən, 2022-ci ilin əvvəlinə 3,469 milyon sosial ödəniş kartı, 3,585 milyon digər kart dövriyyədədir. **
X.Nəsirzadə