Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ilə Belarus Respublikasının baş naziri Roman Qolovçenko çərşənbə axşamı ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər və COVİD-19 pandemiya şəraitində vətəndaşların qarşılıqlı səfərlərinin sadələşdirilməsi imkanını nəzərdən keçiriblər.
“Söhbət zamanı Qolovçenko və Əsədov 2022-ci ildə keçiriləcək ikitərəfli tədbirləri müzakirə ediblər. Buna yaxın zamanda AzərbaycanRespublikası iləBelarusRespublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgəhökumətlərarası komissiyanıniclasının keçirilməsi, həmçinin hökumət rəhbərləri səviyyəsində gləcək təmasların qrafiki daxildir”, - Belarus hökumətinin mətbuat xidmətindən məlumat verilir.
“İnterfaks-Azərbaycan” məlumat veir ki, bundan əlavə, tərəflər 2021-ci ildə əldə olunan ticarət-iqtisadi əməkdaşlığın yekunlarını müzakirə ediblər və cari il onun inkişafı üzrə planları qeyd ediblər.
“Söhbət zamanı qeyd edilib ki, koronavirus pandemiyası və dünya iqtisadiyyatında böhran əlamətlərinə baxmayaraq, Belarus və Azərbaycan qarşılıqlı ticarət həcmini əhəmiyyətli dərəcədə artıra bilib. 2021-ci ilin 11 ayı ərzində birgə səylərlə ticarət dövriyyəsi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 2 dəfə ($800 milyona yaxın), həmçinin Belarus ixracı 2,5 dəfə artaraq $448 milyon təşklil edib”, - məlumatda deyilir.
Bundan əlavə, tərəflər sənaye sahəsində iri kooperasiya layihələrinin reallaşdırılmasının gedişini müzakirə ediblər və 2021-ci ilin aprel ayında Belarus və Azərbaycan prezidentlərinin görüşü zamanı əldə olunan razılaşmaların icrası məqsədilə əməkdaşlığı gücləndirməyə dair razılığa gəliblər.
O cümlədən, baş nazirlər COVİD-19 pandemiya şəraitində vətəndaşların qarşılıqlı səfərlərinin sadələşdirilməsi imkanını nəzərdən keçiriblər. **
N.Abbasova