Bu ilin mart ayının əvvəlində Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev məlumat verib.
“Qarşıya qoyulan vəzifələrin reallaşdırılması, həmçinin infrastruktur layihərin icrası məqsədilə bir sıra zəruri sənədlərin imzalanmasına çalışacağıq”, - Mustafayev bu gün jurnalistlərə bildirib.
Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının öncəki iclası 2021-ci ilin yanvar ayında Tehranda keçirilib. **
E.Şəfiyev